Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 8 mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı şəhid və qazi ailələri üçün konsert proqramı təşkil edilib.
"İki sahil"ə Filarmoniyadan verilən məlumata görə, konsert "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Sahil Quliyevin bədii rəhbərliyi, həmçinin maraqlı rəqslər Sənan Cavadovun quruluşunda təqdim edilib.
Xalq artisti Şahnaz Haşımova, solistlər Şirxan Cahangirov, Samir Məmmədov, Zəminə Nuriyeva, Xəyal Əliyev, İlham Qasımov, Rövşən Məmmədov, Əli Əliyev, Elşən Cəfərov, Əli Məmmədov, Azər Verdiyev və Bülbül Vokal Məktəbinin tələbələri çıxış ediblər.
Konsert proqramında Cahangir Cahangirov, Zakir Bağırov, Ələkbər Tağıyev, Elza İbrahimova, Müslüm Maqomayev, Emin Sabitoğlunun əsərləri səsləndirilib.
Gecədə “Nağara şou” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?