Van Qoqun 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb. NOS telekanalının məlumatına görə, portreti alan şəxs 4,5 milyon avrodan çox pul ödəyib.
“İki sahil” TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əsər Yeni Orleanda yerləşən M.S. RAU qalereyası tərəfindən satışa çıxarılıb.
TEFAF martın 14-dək davam edəcək. Builki yarmarkada 22 ölkədən 270-dən çox qalereya və antikvar ticarəti ilə məşğul olanlar iştirak edir. Onlar rəsmlər, heykəllər, zərgərlik məmulatları, fotoşəkillər və s. təklif edirlər.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?