Azərbaycanda buzlaqların ərimə sürəti iki dəfə artıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
"Azərbaycanda daxildə formalaşan su ehtiyatlarının 90 %-i böyük və kiçik Qafqaz silsilələrində müşahidə olunan yağıntılar və buzlaqların əriməsi nəticəsində əmələ gəlir. Son 20 ildə Azərbaycanda dağlardakı buzlaqların əriməsi 13 kvadrat kilometrə çatıb. Ötən əsrin 60-cı illəri ilə müqayisə etsək o zaman buzlaqların əriməsi 0,56-0,58 % təşkil edirdisə 2000-ci illərdən sonra bu təxminən 1 %-ə çatıb.
Belə davam eləsə biz mövcud buzlaqların 80 %-ni 22-ci əsrin sonuna kimi itirəcəyik. Bu da o deməkdir ki, ölkədəki mövcud kiçik dağ çaylarının əksəriyyəti tamamilə quruyacaq", - deyə Ə. Şirinov qeyd edib.
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib