2020-ci ildən bu yana Azərbaycanda su anbarlarında təqribən 5 milyard kubmetrdən çox su toplanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
"Bu, ciddi tənzimləmə, dürüstləşdirmə və qrafiklər nəticəsində olub. Ötən ilə nisbətən anbarlarda olan su ehtiyatları 3 milyard kubmetr daha çoxdur. Bunlar yaxşı nəticələr olsa da üzünmüddətli strategiyaya və inkişaf yoluna baxdıqda toplanan su bir il və ya ilin yarısına bəs edəcək həcmdədir", - deyə o qeyd edib.
Ə.Şirinov hesab edir ki, iqlim dəyişiklərinin sürətini urbanizasiyanı və əhalinin artımını nəzərə alsaq Azərbaycan qətiyətlə yeni müasir texnologiyaların istifadəsinə, yeni əməkdaşlıqlara açıq olmalıdır.
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib