Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti “yaşıl enerji”yə keçid, dekarbonizasiya istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf və həmkarlarla birlikdə BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə görüş keçirilib.
“Keçirdimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin “yaşıl enerji”yə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. BP şirkətinin Azərbaycanla davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiqliyi və bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə edilib”, - deyə M. Cabbarov qeyd edib.
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib