Almaniyanın “IBG HydroTech” şirkəti Azərbaycanda su borularında sızıntılarının aradan qaldırılması mexanizmlərinin tətbiqi istiqamətdə əməkdaşlıq etməyi planlaşdırır.
Bu barədə “Report”a açıqlamasında şirkətin icraçı direktoru Norbert Olbrix deyib.
“Biz su sızıntılarının aradan qaldırılması mexanizmləri üzərində işləyirik. Azərbaycanla da məhz bu istiqamətdə əməkdaşlıq etmək istəyirik. Çünki Azərbaycanda bu mexanizmlərə 60 %-dən çox tələb qeydə alınıb”,- N. Olbrix bildirib.
Onun sözlərinə görə, növbəti 10 ildə “IBG HydroTechin hədəfi Azərbaycanda biznes yaratmaqdır: “Biz su borularında sızıntıların qarşısını almağa daha çox fokuslanacayıq. Qeyd edim ki, Almaniyada su sızıntısını nəzarətdə saxlayan sistem mövcuddur”.
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib