Qlobal miqyasda baş verən hadisələr ölkəmizdə nağdsız ödəniş ekosisteminin formalaşdırılmasına stimul olub.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Visa Nağdsız Forumunda (Visa Cashless Forum 2024) çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.
O bildirib ki, 2022-ci illə müqayisədə kartlarla aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12% artaraq 56%-ə çatıb. 2024-cü ilin yanvar ayı üzrə bu göstərici 60%-i ötüb. İnsanların ödəniş davranışlarında nağdsız ödənişlər üstünlük təşkil edir.
Cari hesablar üzərindən aparılan əməliyyatlarda da kağız üzərində əməliyyatlar azalıb, elektron təqdim ediləb ödənişlər 80%-i keçib.
İnternet və mobil bankçılıq xidmətləri də kifayət qədər yüksəlib. İnternet bankçılıq xidmətlərinin həcmi ötən il 12%, mobil bankçılıqda isə 2 dəfə artıb.
““Apple Pay” və “Google Pay” əməliyyatlarında, tokenizasiya əməliyyatlarında da artım müşahidə edilir. Ötən il token əməliyyatlarının sayı 3,5 dəfə artıb. Təsərrüfatı subyektlərində quraşdırılmış Pos-terminalları ilə aparılan 4 əməliyyatdan 1-i “Apple Pay” və “Google Pay”ə aid olub” - Fərid Osmanov əlavə edib.
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib