Azərbaycan "Visa" üçün böyük bazar və strateji tərəfdaş ölkədir.
“İki sahil” xəbər verir ki, bunu "Visa"nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş Bakıda keçirilən "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" tədbirində bildirib.
"Visa"nın qlobal baxışı ödənişləri rəqəmsallaşdırmaq, innovasiyaları stimullaşdırmaq və fasiləsiz müştəri xidmətini təmin etməkdir. 1997-ci ildən Azərbaycanda fəaliyyətə başlayan "Visa" bu illər ərzində innovativ həllər təqdim edib və sərmayə qoyub. Azərbaycan hökuməti, Mərkəzi Bank və maliyyə institutları ilə əməkdaşlıq "Visa"ya ödənişlər sahəsində yeni innovasiyalar tətbiq etməyə və ödənişləri Azərbaycan xalqı üçün daha sadə, daha rahat və təhlükəsiz etməyə imkan verir", - deyə o qeyd edib.
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib