Azərbaycanın milli aviadaşıyıcısı AZAL ABB ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir. Artıq sərnişinlər TamKart kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər.
“İki sahil” xəbər verir ki, aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:
- Bileti seçib ödəniş mərhələsinə keçməli;
- Ödəniş üsulu kimi TamKart-ı seçməlidirlər.
Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb
Bir ekosistemi qızların təhsilinə dəstəyini davametdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənctələbə adını qazanıb
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib