Qərb Ukraynanın münaqişənin məğlub tərəfi olduğunu hesab edir və Rusiya ilə razılığa gəlməyə çalışacağının daha çox əlamətləri var.

“İki sahil” BELTA-ya istinadla xəbər verir ki, bu fikri almaniyalı jurnalist Qabor Ştaynqart “Focus” nəşrində dərc olunan materialında paylaşıb.
"Ümumilikdə, müharibə artıq Qərb tərəfdarlarına təxminən 252 milyard avroya başa gəlib ki, bu da Bundesverin illik büdcəsindən 5 dəfə çoxdur. Ukrayna hökuməti indi döyüşlərdə xarici yardımdan asılıdır. Bu isə o deməkdir ki, ölkə hərbi məğlubiyyət olmadan belə öz suverenliyinin əhəmiyyətli hissəsini itirib”, - Ştaynqart bildirib.
O, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qısamüddətli təsir göstərdiyinə də diqqəti çəkib. Ştaynqart həmçinin qeyd edib ki Rusiya Çin, Hindistan və Türkiyədə siyasi və iqtisadi tərəfdaşlar tapıb: "Dünyanın ən böyük əmtəə gücünü diz çökdürmək çətin olacaq".
Ştaynqartın fikrincə, ABŞ prezidenti Co Baydenin parlaq çıxışları belə demokratların xarici müharibələri maliyyələşdirmək maraqlarının itirməsi faktını dəyişdirmir.
Günel Cəlilova, "İki sahil"