27 may 2026 23:38
64

Bu ölkə sərhədi müvəqqəti bağladı

Uqanda Ebola virusunun yayılma riskini azaltmaq məqsədilə Konqo Demokratik Respublikası (KDR) ilə sərhədi müvəqqəti bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Qərarın dərhal qüvvəyə mindiyi vurğulanıb.

Epidemiyaya müdaxilə qrupları, humanitar əməliyyatlar, ərzaq və yük daşınması, həmçinin təhlükəsizlik xidməti əməkdaşları üçün sərhəd açıqdır.

Bildirilib ki, ölkəyə giriş-çıxış edən bütün şəxslər ciddi tibbi nəzarətdən keçəcək və ehtimal olunan yerləşmə ünvanını göstərən anketləri dolduracaqlar.

Bundan əlavə, KDR-dən Uqandaya qayıdan vətəndaşlar Səhiyyə Nazirliyinin və rayon epidemioloji nəzarət xidmətlərinin nəzarəti altında 21 günlük təcrid olunacaqlar.