21 mart 2024 02:12
457

Müasir dövrdə Azərbaycan-NATO münasibətləri

2024-cü il martın 17-dəNATO-nun baş katibi Yens StoltenberqinAzərbaycana ikigünlük rəsmi səfəri baş tutdu. Azərbaycana rəsmi səfəri zamanı onu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qəbul etmiş, onunla bir sıra məsələlərlə bağlı ,o cümlədən NATO ilə əməkdaşlıq, Ermənistanla sülh prosesinin vəziyyəti və Azərbaycanda bu ilin noyabrındaBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransınınvə ya COP29 sammitinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.Prezident İlham Əliyev NATO-Azərbaycan münasibətlərini “yaxşı əməkdaşlığın 30 ili” kimi xaraketerizə etmiş,əvəzində Yens Stoltenberq “Azərbaycan NATO-nun çoxdankı əməkdaşıdır və mən bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə ümid bəsləyirəm” deyə  bildirmişdir.

Qeyd etmək lazımdır ki, NATO hərbi təşkilat olaraq “Soyuq müharibə” dövründə 1949-cu il aprelin 4-də yaradılmışdır. NATOrəsmən əsas məqsədinin təcavüzün qarşısının alınması və ya təcavüzdən hər hansı dövlətin ərazisini qorumaq olduğu elan etmişdir. Yaradılarkən  12 dövlətdən ibarət olan NATO , indi sıralarında keçmiş postsovet ölkələrindən 3-ü daxil olmaqla 32 dövləti birləşdirir.

1991-ci il oktyabrın18-də yenidən müstəqilliyini bərpa edən Azərbaycan  1992-ci ildə NATO-nun  Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olmuş, 1994-cü il mayın 4-də isə onunla  təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalamışdır. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 1996-cı il oktyabrın 14-də Şimali Atlantika Şurası tərəfindən təsdiq edilmişdir. 1997-ci ilin noyabrında NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşmuşdur.1999-cu ilin sentyabrında Qafqazda regional əməkdaşlığı araşdırmaq üçün EAPC xüsusi işçi qrupu yaradılmışdır.Azərbaycan 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə assosiativ üzv olmuş və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşulmuşdur. 2004-cü il sentyabrın 15-də NATO baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin edilmişdir.

NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün genişləndirilmişdir. Azərbaycan birinci (2005-2007), ikinci (2008-2010), üçüncü (2011-2013) və dördüncü dövr (2015-2016) üçün NATO-Azərbaycan FTP sənədlərini tamamlamışdır.

NATO-ya üzv ölkələr 28-29 noyabr 2006-cı ildə Riqada keçirilən Şimali Atlantika Şurası toplantısında, 2-4 aprel 2008-ci ildə Buxarestdə keçirilən NATO/EAPC və ISAF və 3-4 aprel 2009-cu ildə Strasburqda keçirilən zirvə görüşlərində qəbul edilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişlər.

Müstəqillik dövründə Azərbaycan və NATO-nun münasibətləri kifayət qədər isti və sağlam əməkdaşlıq səciyyəsi daşıyır. Azərbaycan NATO bloku ilə münasibətləriniöz suveren hüquqları çərçivəsində qurur.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması bir sıra amillərlə əlaqədardır.İlk növbədə ulu öndər Heydər Əliyevin  Azərbaycanın güclü suveren dövlətə çevrilməsi üçün əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər hazırlamasıdır. İkincisi  Azərbaycanın Qərbin  etibarlı enerji tərəfdaşı olaraq onu neft-qaz,yaşıl enerji ilə təmin etmək kimi imkanları ilə bağlıdır.Üçüncüsü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzu vəonun xarici siyasət sahəsindəzərgər dəqiqliyi ilə  olan fəaliyyətinixüsusi olaraq qeyd etmək lazımdır.Nəhayət Azərbaycanordusunun  öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin etməsidir.

Azərbaycanın  2020-ci ilin sentyabr-noyabr aylarında 44 günəərazisininin xeyli hissəsinierməni işğalından  azad etməsi ,daha sonra  2021-ci il noyabrın 16-da sərhəddə Zəngəzur döyüşləri, 2022-ci ilin 12–14 sentyabr tarixlərində ikigünlük sərhəd toqquşması nəticəsində Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının ərazisində Ermənistan hərbi qüvvələrinə sarsıdıcı zərbələr vurması, nəhayət 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zaman cəmi bir sutka ərzində 15 minlik Ermənistan ordusunu məğlub edərək ərazisini tamamilə separatçı tör-töküntüsündən azad etməsi onun beynəlxalq nüfuzun yüksəlməsinə ciddi təsir göstərmişdir.Bununla bağlı prezident İlham Əliyev NATO baş katibi Yens Stoltenberqə Qarabağ  münaqişəsinin BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququmuzdan istifadə etməklə hərbi-diplomatik yolla həll olunduğunu bildirmişdir.

Azərbaycan NATO-nun rəhbərliyi iləkeçirilən bi neçə sülhməramlı və sülhə dəstək əməliyyatlarında  iştirakını xüsusi qeyd etmək lazımdır. 1999-2008-ci illərdə Kosovoda  sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR)34 hərbçi ilə,2003-cü il avqustun 15-dən 2008-ci ildekabrın 7-dək İraqda 151 hərbçi, 2002-ci il noyabrın 15-dən 2021-ci il avqustunadək  ƏfqanıstandaISAF əməliyyatında iştirak etmişdir.Prezident İlham Əliyev Azərbaycan hərbi qüvvələrinin Əfqanıstandakı missiyasının fəaliyyətindən  danışarkənNATO rəhbərliyinin təsdiq etdiyi belə bir maraqlı məsələyə diqqətə yetirdi: “2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar”.

 İslahatlar nəticəsindəsovet-rus hərb məktəbinin qardaş Türkiyənin yardımı ilə NATO stadartlarına uyğun hərb məktəbi ilə əvəzlənməsi  Azərbaycan ordusunu rəhbər kadrlar baxımından NATO-ya yaxınlaşdırılmasına kömək etmişdir.Azərbaycan prezidenti Azərbaycan silahlı qüvvələrindəki  islahatlaradan danışaraq bildirdi ki,”Biz öz müdafiə bacarığımızı təkmilləşdirməklə məşğuluq və bu gün peşəkarlığın ən yüksək səviyyəsini nümayiş etdirə bilərik”. Azərbaycanın II Qarabağ müharibəsində qazandığı qələbə Cənubi Qafqazda geosiyasi vəziyyəti Azərbaycanın xeyrinə dəyişmişdir.Azərbaycan NATO üzvü olmasa da bu hərbi ittifaqa daxil olan Türkiyə ilə hərbi sahədə çoxdandır ki, əməkdaşlıq edir. 2021-ci ilin  iyunun 15-dəAzərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan arasında  imzalanmış  Şuşa bəyannaməsi bu əməkdaşlığın zirvəsini təşkil edir.

Azərbaycan respublikasının prezidenti İlham Əliyev İrəvanla sülh danışıqlarının aktiv mərhələsinə daxil olduğunu deyərək bildirmişdirki, “İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra mən düşünürəm və ümid edirəm ki, biz sülhə çox yaxınıq.Bu Qafqazda ciddi geopolitik dəyişiklikliyə gətirib çıxaracaqdır”.

NATO bloku ilə 1992-ci ildən başlayaraq əməkdaşlıq, bu təşkilatın ərazi bütövlüyümüzə müsbət münasibəti ,Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və NATO baş katibi Yens Stoltenberqin səsləndirdiyi fikirlər  Azərbaycanın NATO üçün vacib bir tərəfdaş olmasını,böyük əhəmiyyət kəsb etdiyini  bir daha nümayiş etdirmişdir.

Yusif  Rüstəmov,
Bakı şəhəri, 287 saylı Zəkalar liseyinin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü