17 iyul 2025 01:27
124

Azad, müstəqil, demokratİk mətbuat dövlət media siyasətinin başlıca hədəfidir

Azərbaycan milli mətbuatı – 150

Zəngin mənəvi irs və layiqli varislik

Mətbuat hər bir xalqın milli-mədəni tərəqqi etalonu, inttellekt və inkişaf səviyyəsi göstəricisidir. Milli təfəkkürün formalaşdırılmasında istisnasız rol oynayan mətbuat milli mentalitetin əsas daşıyıcısıdır, Ana dili və Əlifba qədər xalqın milli kimlik vəsiqəsi dəyərinə malikdir və birmənalı olaraq ən qiymətli mədəni irslərdən sayılır. Bu mənada fəxarətlə qeyd etməliyik ki, Azərbaycan mətbuatı çox çətin və məsuliyyətli, eyni zamanda bir o qədər də şərəfli inkişaf yolu keçib. Azərbaycan Orta Asiya və Şərqi Avropada ilk mətbuat yaradıcılarındandır.

Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, mütərəqqi ideyaların, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Azərbaycan mətbuatı XIX əsrin sonlarından etibarən ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, sosial-mədəni prosesləri reaallıqla əks etdirməklə özü də əhəmiyyətli dərəcədə inkişaf etmiş, zəngin təcrübə qazanmaqla müasir dünya mediasında özünəməxsus yer tutmuşdur.

Ötən əsrin 90-cı illərində possovet məkanında geniş vüsət alan milli azadlıq hərakatı, demokrtaik proseslər Azərbaycan mətbuatında da yeni bir mərhələnin başlanğıcı oldu. Zahirən qardaş xalqlar ölkəsi olan, əslində isə xalqlar həbsxanası funskiyasını yerinə yetirən sovet imperiyasının buxovlarından xilas olub azad, suveren, müstəqil Azərbaycan yaratmaq uğrunda mübarizə hərakatı geniş vüsət aldı. Azərbaycan mətbuatı isə bu mübarizədə siyasi şüur mərkəzinə, milli-ideoloji bayraqdara çevrildi. Azad, demokratik mətbuatın yaranması ilə paralel gedən bu proseslər mətbuatın çoxfunksiyalı, ciddi ictimai institut kimi formalaşmasına da rəvac verdi.

Milli mətbuatımızın müstəqillik illərindəki inkişafı isə məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda söz, fikir, mətbuat azadlığının təməli məhz Ulu Öndərin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində, özü də ən ağır bir şəraitdə- ictimai-siyasi xaos, iqtisadi iflic vəziyyətində qoyuldu. Bu sahədə əsaslı qanunvericilik bazası formalışdırılmaqla milli mətbuatımızın demokratikləşməsi prosesinə başlanıldı.

Müasir media siyasəti: prioritetlər, uğurlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq siyai fəaliyyətə başladığı ilk vaxtlardan medianın inkişafına dövlət dəstəyini fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Dövlət başçımız söz və mətbuat azadlığının qorunmasını demokratiyanın əsas şərti kimi daim diqqətdə saxlayır.

Dövlət başçısının 2005-ci il 20 iyun tarixli Sәrәncamına әsasәn Azәrbaycan milli mәtbuatının 130 illik yubileyinin dövlәt sәviyyәsindә qeyd olunması, “Əmәkdar jurnalist” fәxri adının bәrpa edilmәsi, ilk dәfә olaraq mәtbuat işçilәrinin çoxsaylı mükafat, orden vә medallarla tәltif olunması, ölkә başçımızın jurnalistlәrә doğma münasibәtinin vә verdiyi dәyәrin tәzahürü idi. 2003-cü ildə yaradılan, mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mәtbuat Şurasının maddi-texniki bazasının möhkәmlәndirilmәsi, 30-dan çox müxtәlif mәtbuat orqanı vә informasiya agentliklәrinin hәr birinә 10 milyon manat maliyyә dәstәyi göstәrilmәsi, qәzetlәrin nәşriyyatlara olan borclarının dövlәt büdcәsi hesabına ödәnilmәsi ilә mәtbuat orqanlarının maddi-texniki bazasının güclәndirilmәsi, jurnalist әmәyinin qiymәtlәndirilmәsi işlәri daha da sürәtlәndirildi.

2010-cu ildə milli mətbuatımızın 135, 2015-ci ildə 140, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi, yubileylər münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verilməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Dövlət başçısının Sərəncamına əsasən, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcları silindi. 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı.

Ölkәdә aparılan düzgün media siyasәtinin nәticәsidir ki, yeni dövr milli mәtbuatımızın inkişafı ilә bağlı fundamental qanunvericilik bazası tәkmillәşdirilmәkdədir. Dövlәtimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azәrbaycan Respublikasında media sahәsindә islahatların dәrinlәşdirilmәsi haqqında” Fәrmanı ilә ölkәmizdә media sahәsindә islahatların daha sürәtlә aparılması mәqsәdilә Kütlәvi İnformasiya Vasitәlәrinin İnkişafına Dövlәt Dәstәyi Fondunun әsasında “Azәrbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şәxs yaradıldı. 2021-ci il 30 dekabr tarixindә Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn media fәaliyyәtini tәnzimlәmәk vә standartlaşdırmaq vә media orqanlarının etik standartlara uyğun fәaliyyәt göstәrmәsini tәmin etmәk baxımından mühüm әhәmiyyәtә malik dövlәt sәnәdi – “Media haqqında Azәrbaycan Respublikasının Qanunu” imzalandı. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasını əsas götürməklə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun başlıca məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyini təmin etmək, yerli medianın Avropa standartlarına uyğunlaşdırılmış şəkildə inkişafına, sərbəst fəaliyyətinə təkan vermək, informasiya mühitini sağlamlaşdırmaq, rəqabət qabiliyyətini artırmaq, habelə jurnalistika peşəsinin nüfuzunu yüksəltmək, qorumaqdır. Yeri gəlmişkən, azadlığın təməl prinsipinin söz və mətbuat azadlığı olması Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.

Prezident cәnab İlham Əliyevin tәsdiq etdiyi “Azәrbaycan Respublikasının Vergi Mәcәllәsindә dәyişiklik edilmәsi haqqında Azәrbaycan Respublikasının Qanunu”na әsasәn media subyektlәrinin (audiovizual media subyektlәri istisna olmaqla) 3 il müddәtinә vergilәrdәn azad edilmәsi media orqanlarının maliyyә problemlәrinin aradan qaldırılması, onların yeni qlobal çağırışlara uyğunlaşaraq daha peşәkar fәaliyyәt göstәrmәsi, dünya standartları sәviyyәsindә informasiya tәminatçısına çevrilmәsi mәqsәdi daşıyır. Media reyestrinin yaradılması, jurnalistlәrә vahid vәsiqәlәrin verilmәsi, güzәştli ipoteka şәrtlәrindәn media nümayәndәlәrinin yararlanmasının tәmin olunması vә digәr üstünlüklәr jurnalistlәrә göstәrilәn diqqәt vә qayğının әmәli tәzahürüdür.

Ölkәmizdә mәtbuata dövlәt qayğısının bariz ifadəsi Mәtbuat Şurasının yeni bina ilә tәmin edilmәsi, Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixdә – milli mәtbuatımızın 135 illiyindә həmin binanın açılış mәrasimindә iştirakı oldu.

Azәrbaycan mәtbuatı üçün digәr böyük hadisә jurnalistlәrin sosial müdafiəsinin möhkəmləndirilməsi, mәnzil-mәişәt şәraitinin yaxşılaşdırılması mәqsәdilә yaşayış evlәrinin tikintisidir. Dövlәt başçımızın bununla bağlı 2010-cu vә 2013-cü illәrdә imzaladığı müvafiq Sәrәncamlara әsasәn jurnalistlәr üçün iki әdәd 17 mәrtәbәli bina inşa olunaraq istifadәyә verilmiş, hәmin binalarda, ümumilikdә, jurnalistlәrә 411 mәnzil hәdiyyә edilmişdir. Mənzil hədiyyə olunanların müxtəlif mətbuat nümayəndələri və fərqli siyasi əqidə sahibləri olması sosial ədalət prinsipinin gözlənildiyini bir daha təsdiq edir.

Mətbuatın inkişafı, azad medianın formalaşması, jurnalistlərin peşəkarlığının artırılması kimi mühüm mərama xidmət edən bu silsilə tədbirlər həm də Prezident İlham Əliyevin də vurğuladığı kimi, milli jurnalistikanın inkişaf konsepsiyasını, fəaliyyət strategiyasını həyata keçirmək məqsədi daşıyır: “...kütlәvi informasiya vasitәlәri dә ölkәmizdә hәyata keçirilәn köklü islahatlardan kәnarda qalmamalı, kommunikasiya texnologiyalarının sürәtlә inkişaf etdiyi hazırkı dövrdә qlobal informasiya mühitinin müәyyәnlәşdirdiyi fәaliyyәt prinsiplәrinә uyğunlaşmalı, cәmiyyәtimizin obyektiv vә peşәkar şәkildә mәlumatlandırılması sahәsindә öz sәylәrini daha da güclәndirmәlidir. Modernlәşmә, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tәtbiqi, aparıcı trendlәrin izlәnilmәsi medianın inkişafını şәrtlәndirәn başlıca amillәr olmalıdır”.

Millilik, bəşərilik, vətənpərvərlik qayəsi

Bir mәsәlәni dә xüsusilә qeyd etmәk yerinә düşәr ki, Azәrbaycan 2020-ci ildә ermәni içğalçılarına qarşı Vәtәn müharibәsi apardığı dövrdә ölkәnin media siyasәti dә bu müharibә şәratinә uyğunlaşdırılmış, operativ vә real informasiya tәminatı, müәyyәn hәrbi informasiyaların mәxfiliyinin qorunması birbaşa dövlәt nәzarәtindә olmuşdur. Mediamızın isə hərbi şəraitə uyğun fövqəladə şəraitdə fəaliyyət göstərməsi, öz operativliyi və məsuliyyətliliyi ilə əsl vətənpərvərlik mövqeyi nümayiş etdirməsi dövlətimizin diqqət mərkəzində olmuşdur. 2021-ci il iyunun 4-də xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olan 2 jurnalistimizin – Məhərrəm İbrahimov və Sirac Abışovun dövlət başçısı tərəfindən "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi, şəhid jurnalistlərin ailələrinə mənzillər hədiyyə edilməsi buna bariz nümunədir. Prezident İlham Əliyev isә adını informasiya müharibәsinin dә qalib sәrkәrdәsi kimi tarixә yazmışdır. Hәrbi informasiya tәminatı kimi mühüm missiyanı öz üzәrinә götürәn dövlәtimizin başçısı bu mәlumatları rәsmi “Twitter” hesabında şəxsən paylaşırdı. Bu, bir milli qürur vә heysiyyәt mәsәlәsi olmaqla yanaşı, hәm dә dövlәt başçımızın böyük siyasi xadim kimi informasiya dәqiqliyi, etibarlılığı mәsuliyyәtini dә aydın dәrk etmәsindәn irәli gәlirdi. Ölkә başçısının Vәtәn müharibәsi dövründә 30-dan çox beynәlxalq media qurumuna verdiyi geniş müsahibәlәri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransı, 2021-ci ildə ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışı bütövlükdə həm də dövlətimizin informasiya siyasətini özündə ehtiva edir.

Azərbaycanın dövlət media siyasətində beynəlxalq tərəfdaşlığa da əhəmiyyət verilməsi xüsusi vurğulanmalıdır. Buna misal olaraq 2020-ci il dekabrın 10-da Bakı şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmasını, iki ölkə arasında media sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımlar atılmasını göstərə bilərik.

2023-cü ilin iyul ayında “Heydәr Əliyev İli” çәrçivәsindә vә Azәrbaycan milli mәtbuatının 148-ci ildönümü ilә bağlı “4-cü Sәnaye İnqilabı dövründә Yeni Media”,  20-22 iyul 2024-cü il tarixdə isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşa Qlobal Media forumları keçirilməsi ilə Azərbaycan özünü beynəlxalq media həmrəyliyi təşəbbüskarı kimi də təsdiqlədi. Bu beynәlxalq tәdbirlər, həmin forumlarda Prezident cәnab İlham Əliyevin iştirak edib sualları cavablandırması milli jurnalistikanın dünyaya inteqrasiyası, müasir media çağırışlarına qoşularaq dövrün tәlәblәrinә cavab vermәsi, beynәlxalq tәcrübә әsasında inkişafa nail olması baxımından, Azәrbaycan hәqiqәtlәrinin dünya ictimaiyyәtinә çatdırması baxımından mühüm tarixi әhәmiyyәt kәsb etdi. Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyət, xarici media qarşısında ən mürəkkəb və hətta qərəzli sualları açıq-aydın, özünəməxsus təmkinlə cavablandırması onun güclü intellektə, siyasi təfəkkürə, dərin məntiqə, diplomatik səriştəyə malik siyasətçi olduğunu təsdiqləyir. Eyni zamanda Azərbaycan jurnalistikasının əsas konsepsiyasını, fəaliyyət istiqamətlərini və prinsiplərini özündə ehtiva edir.

Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Azərbaycanda operativlik, obyektivlik, şəffaflıq, sistemlilik kimi prinsiplərə əsaslanaraq həyata keçirilən informasiya siyasəti milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə yetərincə çatdırılması, cəmiyyətin hərtərəfli və düzgün məlumatlandırılması, ictimai rəyin düzgün istiqamətləndirilməsi kimi mühüm mərama xidmət edir.

Azərbaycanda aparılan media islahatlarının əsas konsepsiyasını cənab İlham Əliyevin də dediyi kimi, “...Azərbaycan mediasının müstəqilliyi cəmiyyətimizin inkişafı üçün əsas şərtlərdən biridir” ideyası təşkil edir. Bu islahatlar ənənəvi medianın zəngin təcrübəsindən, təsir vasitələrindən və nüfuz gücündən  bəhrələnmək, eyni zamanda daha çevik və geniş areala malik, fərqli ünsiyyət kanallarından olan sosial medianın ictimai nəzarət funksiyasından yararlanmaq prinsiplərinə əsaslanaraq həyata keçirilir. İnternet və rəqəmsal platformalar məlumatın daha geniş beynəlxalq arenada yayılmasına və əldə edilməsinə imkan yaratdığı üçün internet resurslarından səmərəli istifadəyə xüsusi diqqət yetirilir.

Bir məsələni də qeyd edək ki, Prezident cәnab İlham Əliyev mәtbuata xüsusi diqqәt vә qayğı göstәrmәsi, jurnalistlәrlә dost münasibәtində olub onlarla daim sәmimi ünsiyyәt qurması, ictimai-siyasi, sosial-iqtisadi proseslәri, daxili vә xarici siyasәtdəki yenilikləri, qlobal məsələləri jurnalistlərlə demokratik şәkildә müzakirә etməsi, onların mövqeyinə və rəyinə hörmətlə yanaşması ilə seçilən siyasi xadimdir. Məhz bunun nәticәsidir ki, ölkә başçımız ard-arda  – 2010, 2013, 2017 və 2018 –ci illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Bu fakt da özlüyündə media ilə hakimiyyət həmrəyliyini, mətbuatın iqtidra rəğbət və etimadını bir daha sübut edir.

Tarixi yubiley, vəzifələr, öhdəliklər

Bütün bunlar bir daha tәsdiq edir ki, milli jurnalistikanın müasir demokratik prinsiplər əsasında inkişafı, dünya birliyinə inteqrasiyası, bu sahədə beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf platformasının formalaşdırılması Azərbaycanda həyata keçirilən dövlət media siyasətinin bəhrələridir. Milli mətbuatımız əsr yarımlıq tarixi adlayaraq zəngin ənənələri, şərəfli inkişaf yolu, eyni zamanda müasirləşmə, dünya media standartları səviyyəsində yeniləşmə, inkişaf tendensiyası ilə yeni mərhələyə qədəm qoyur. Ölkə başçısının 25 aprel 2024-cil tarixli Sərəncamı ilə bu il milli mətbuatımızın 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması Azərbaycan mediasına, jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə yüksək dəyərin təzahürüdür. Sərəncamda mediamızın Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olması, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirməsi yüksək qiymətləndirilir. Eyni zamanda milli jurnalistikamızın qarşısında duran vəzifə və öhdəliklər də müəyyənləşdirilir: “Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Bu gün Azərbaycan mətbuatının 150 illik şərəfli tarixi yoluna nəzər saldıqda iftixarla qeyd etməliyik ki, milli mətbuatımız istər millilik və bəşərilik ideyalarının təbliği, istərsə də informasiya siyasətinin düzgün müəyyənləşdirilməsi baxımından dünya media sistemində layiqli yer tutmaqdadır. Biz jurnalistlər bu əlamətdər tarixi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması, tarixi zəfər sevinci ilə ikiqat bayram kimi qeyd edirik. Bu gün Azərbaycan mediasının doğma Qarabağdan ucalan zəfər müjdəli, quruculuq sevincli sədaları Zəngəzurda, Dərələyəzdə əks-səda verməkdədir. Azərbaycan mediası bundan sonra da müstəqil Azərbaycan dövlətinin qalibiyyət, tərəqqi salnaməsini yaratmaqdan böyük zövq və qürur duyacaq, Azərbaycan dövlətinin inkişaf strategiyasının yorulmaz təbliğatçısı, tərənnümçüsü olacaq, dövlətçiliyimizin keşiyində qürur və sədaqətlə duracaq!

Mehriban Sultan,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti