22 mart 2024 15:55
414

Rusiyanın zərbələri nəticəsində Xarkov elektrik enerjisiz qalıb

Ukraynanın şərqindəki Xarkov şəhəri tamamilə elektrik enerjisiz qalıb. 

“İki sahil” xəbər verir ki,  bu barədə şəhər meri İqpr Terexov bildirib.

Onun sözlərinə görə, bir sıra partlayışlardan sonra Xarkov tamamilə enerjisiz qalıb, şəhərin su və istilik təchizatında ciddi problemlər yaranıb.

Qeyd edək ki, Rusiya Xarkov daxil olmaqla Ukraynanın bir sıra şəhərlərini kütləvi raket atəşinə tutub. Nəticədə Ukraynanın enerji strukturuna ciddi ziyan dəyib.