29 mart 2024 18:44
285

"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib

Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

“İki sahil” xəbər verir ki, sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.

Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.