02 aprel 2024 01:37
490

Uzunömürlü olmaq üçün yuxudan saat neçədə oyanmaq lazımdır?

Rusiyanın psixologiya, iqtisadiyyat və fəlsəfə elmləri doktoru Aleksey Sitnikov öz texnikalarından istifadə edərək ən vacib suallara cavab tapmağa kömək edir. Həyatın hər günündən maksimum yararlanmaq və onu necə uzatmaq olar? Professor bu barədə televiziya proqramlarından birində danışıb.

Məşhur psixoterapevt Aleksey Sitnikov əmindir ki, bir insan bədənin özünü sağaltma prosesini başlada bilər. Bunun üçün stress hormonu da adlandırılan kortizolun istehsalını nəzarətdə saxlamaq lazımdır.

Mütəxəssisin sözlərinə görə, daim yüksələn kortizol əksər xəstəliklərin səbəbidir. Professor qeyd edir ki, gücləndirilmiş şəkildə bu hormon gündə iki dəfə - 6:30 və 16:00-da ifraz olunur.

"Maraqlı bir fakt isə odur ki, saat 6:30-da oyanmayanlar daha az yaşayırlar. Ona görə də kortizol ifraz olunanda ondan sadəcə "istifadə etmək" üçün yuxudan saat 6:30-da durmaq daha yaxşıdır. Günorta saatları fiziki fəaliyyət üçün ən yaxşı vaxtdır”, - Sitnikov deyib.

Qərar vermək üçün lazım olan kifayət qədər məlumat olmadıqda narahatlıq və qorxu vəziyyəti yaranır. Aleksey Sitnikov vurğulayır ki, hərəkətə başlasanız, bu narahatlıq dərhal yox olur. Beləliklə, hərəkət ümidsizliyin “panzəhər”idir.

“Aşağı kortizol səviyyəsi uzun və sağlam həyata, çoxlu sayda yoluxucu xəstəliklərin öhdəsindən gəlməyə qadir olan normal immunitetə ​​aparan birbaşa yoldur”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”