02 aprel 2024 15:12
484

Yaşar kimdən xəbər gözləyir? - VİDEO/FOTO

Müğənni Yaşar Yusub yazın gəlişi ilə ilk layihəsini təqdim edib.

“İki sahil” xəbər verir ki,  ifaçı "Xəbər elə" adlı yeni ifa etdiyi nəğməni artıq izləyicilərinin ixtiyarına verib.

Bəstənin sözləri Oktay Kamil, musiqisi Fərid Kərimli, aranjimanı isə Elvin Musayevə aiddir. Yaşarın sadəcə şəkillərlə "cover" variantda hazırladığı işi yenə də sevgidən bəhs edir. Müğənni lirik balladaların onun  repertuarında daha çox uğurlu alındığını deyərək, bu musiqinin də tezliklə seviləcəyini bildirir.

Qeyd edək ki, "Xəbər elə" artıq Yaşarın rəsmi "youtube" kanalında "online"dır.