Sendaydakı Tohoku Universitetindən iqtisadçı Hiroşi Yoşidanın apardığı araşdırmaya görə, Yaponiya əhalisinin növbəti min ildə əhəmiyyətli dərəcədə azalacaq. Buna səbəb ölkədə müşahidə olunan doğum sayındakı ciddi geriləmə var.
Keçən il açıqlanan rəsmi məlumatlara görə, Yaponiya əhalisi arasında 65 və yuxarı yaşda olanların əhalinin digər yaş qrupu ilə müqayisədə nisbəti 29,1 faizlə rekord həddə çatıb ki, bu göstərici həm də dünyanın bütün ölkələrindən yüksəkdir.
Qeyd edək ki, Yaponiya 1980-ci illərdə ciddi iqtisadi böhran yaşayıb. O vaxtdan bəri əhalinin sayı durmadan azalmağa meyillidir. Ölkədə doğum əmsalı 1,3 təşkil edir.
Ekspertlərin fikrincə, immiqrasiya qəbul etməyən ölkələrin əhalisinin sabit qalması üçün bu nisbət 2,1 olmalıdır. Həmçinin, 10 ildən artıqdır ki, Yaponiyada ölüm halları doğum sayından çoxdur.
Yaponiyanın Baş naziri Fumio Kişida ötən ilin yanvarında əhali böhranı ilə bağlı əhəmiyyətli xəbərdarlıqlar edərək, doğum nisbətinin aşağı düşməsi səbəbindən “sosial funksiyaları qoruya bilməyəcək durumdayıq” deyib.
Vüsal Cahanov, “İki sahil”