Ötən il oktyabrın 7-dən bu il aprelin 8-dək Qəzzada 43 mədəni-tarixi abidəyə ziyan dəyib.
“İki sahil” xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb. Qeyd olunub ki, ziyan dəyən obyektlərdən 10-u dini, 24-ü tarixi və ya memarlıq abidəsidir. Ziyan görən abidələr arasında 3 arxeoloji abidə də yer alır. Məlumatda təhlillərin peyk çəkilişləri və təhlillər əsasında uzaqdan monitorinq vasitəsilə aparılaraq mədəni sərvətlərə dəyən zərərin ilkin qiymətləndirilməsini həyata keçirildiyi vurğulanıb. “Hazırkı şəraitdə yerində qiymətləndirmə aparmaq mümkün deyil”, - UNESCO-nun məlumatında qeyd olunur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?