10 aprel 2024 19:51
565

İsraili "Avroviziya"da təmsil edəcək müğənni təhdid olunur

İsraili bu il "Avroviziya"da təmsil edəcək olan 20 yaşlı Eden Qolan təhdid olunur.

“İki sahil” xəbər verir ki, bu barədə yarışmanı təşkil edən Avropa Yayım Birliyi (AYB) bəyanat yayıb. Onlar Edenə qarşı davam edən təhdidləri pisləyiblər:

"İsrail və Qəzzada insanların yaşadığı görüntülər, hekayələr və inkaredilməz ağrılar hamımızı təsirləndirdi. Bununla belə, demokratik cəmiyyətdə söz azadlığını və ifadə hüququnu qətiyyətlə dəstəkləsək də, yarışmacıya və müsabiqə ilə əlaqəli hər kəsə qarşı yönəldilmiş onlayn nifrət və ya təqib formalarına qəti şəkildə qarşıyıq".

Azərbaycanı "Avroviziya-2024" mahnı müsabiqəsində "Özünlə apar" mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək.