23 aprel 2024 11:59
178

Qüdrət Həsənquliyev: Ermənistan Naxçıvana gediş-gəlişə mane olmamalıdır

“Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymalı, Naxçıvana gediş-gəlişə mane olmamalıdır. Bu ölkənin gələcəyi Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrindən, kommunikasiya xətlərinin açılmasından keçir”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Ermənistanın mövcudluğu qonşuları ilə normal əlaqələr qurmasından asılıdır: “Eyni zamanda düşünürəm ki, qonşu, müəyyən mənada da türk dövləti saydığımız İran Azərbaycana qarşı öz siyasətini, münasibətini dəyişməlidir. Azərbaycan xalqını qıcıqlandıran açıqlamalardan çəkinməlidirlər. İran və Ermənistan nə qədər tez düz yola qayıtsa, o qədər yaxşıdır”.