16 may 2025 09:05
103

Gəncədə 31 yaşlı kişi restoranda bıçaqlanıb

Gəncə şəhərində 31 yaşlı kişi bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən restoranların birində qeydə alınıb.

Mübahisə zəminində bıçaq xəsarəti alan 1994-cü il təvəllüdlü Y.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.