Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, 2004-cü il təvəllüdlü Əhmədov Elvin Qabil oğlu idarə etdiyi “Mercedes Benz C Klass” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Hasılov Pərvin Mirzə oğlunu vurub.
Piyada Sabunçu Tibb Mərkəzi PHŞ-yə çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.