28 aprel 2024 22:22
247

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Hindistanın şimalındakı Uttar Pradeş ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 7 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

“İki sahil” Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlimat yayıb.

Qəza Uttar Pradeş ştatının Unnao bölgəsində baş verib. Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.