18 may 2024 14:14
236

Peter Siyarto: AŞPA həmfikirlərin klubu deyil

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini bəyan edib.

“İki sahil” xəbər verir ki, macarıstanlı nazir bu bəyanatı “Apha News”a müsahibəsində verib.

“AŞPA həmfikirlərin klubu deyil, burada hamı təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa qarşılaşmalısınız.

Hesab edirəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər. Başqalarının olmadığı yerdə onları tənqid etmək asandır. Niyə bu tənqid elə bilavasitə təşkilatın daxilində edilməsin?”, -Peter Siyarto deyib.