19 may 2024 14:38
257

XİN Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin 19 may – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunub:

"19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramında qardaş Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin hörmətlə anır, qardaş ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bayramınız mübarək!".