Azərbaycan Tayvanın müstəqilliyini tanımır.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabında deyib.
"Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası “vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır", - XİN sözçüsü bildirib.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb