Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var.
“İki sahil” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mayın 20-də parlamentdə qurumun ötən ilki hesabatı ilə bağlı danışarkən deyib.
“Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada istək və həvəs olmalıdır. Çünki bəzən müşahidə olunur ki, icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur. Onlardan hesabatları çətinliklə əldə edirik”, - sədr müavini bildirib.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb