Azərbaycanla Qazaxıstan arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomları qarşılıqlı tanınacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə səsverməyə qoyularaq qəbul edilib.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb