22 may 2024 23:43
335

Avropa Liqası: "Atalanta" ikinci qolu vurub

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasında ikinci qol vurulub.

“İki sahil” xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçın 26-cı dəqiqəsində "Atalanta"nın hücumçusu Ademola Lukman dublunu rəsmiləşdirib. O, 12-ci dəqiqədə ilk qola imza atmışdı.

Hazırda matçda birinci hissə davam edir.

***

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasında hesab açılıb.

İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçın 12-ci dəqiqəsində "Atalanta"nın hücumçusu Ademola Lookman hesabı açıb.

Hazırda matçda birinci hissə davam edir.

Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edir.