Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib.
“İki sahil” xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.
Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilib. Qərar layihəsi 1 oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb