Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuhu Mustafa oğlu Mustafayevlə Ağsu rayonunun Qaraməmmədli kəndində keçirilən vida mərasimi başa çatıb.
“İki sahil” xəbər verir ki, şəhidin nəşi Ağsu rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pakistanlı politoloq: Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb