26 may 2024 22:22
589

Müxalifət Paşinyanın hökumət daçasının blokunu açıb - VİDEO

“Vətən naminə Tavuş” müxalifət hərəkatının tərəfdarları Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət daçasının blokunu açıb və Yerevanın mərkəzindəki Respublika meydanına doğru gediblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Etirazçılar hökumətin daçalarından bir qədər aralıda yerləşən və xüsusi polis qüvvələri tərəfindən tamamilə mühasirəyə alınan parlament binasının yanından keçirlər.

Bundan əvvəl etirazçılar hərəkatın baş nazir postuna namizədliyini irəli sürdüyü Qalstanyanın hökumət başçısı ilə görüşmək istədiyi Paşinyanın daçasına gəlib. O, iqamətgah qarşısında çıxışı zamanı Paşinyanı istefaya çağırıb.

Eyni zamanda Nazirlər Kabineti rəhbərinin müavini Taron Çaxoyan əmin edib ki, baş nazir hazırda öz daçasında deyil, ölkənin şimalında daşqın zonasındadır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”