11 iyun 2024 17:02
173

Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti güllələnib

Ukraynanın Zaporojye vilayətinin Boks Federasiyasının prezidenti Maksim Denşik güllələnib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Hündürmərtəbəli binanın girişində naməlum şəxs odlu silahdan M.Denşikə 4 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.