21 iyun 2024 02:36
532

Planetin ən böyük bataqlığı haradadır?

Çoxumuz planetdəki ən böyük okean, qitə və ya çay haqqında bilirik. Ancaq Yerdəki ən böyük bataqlığın harada olduğunu heç də hamı bilmir.

Bataqlıqlar planetimizin bütün ərazisinin 2% -ni tutur.

Yerdəki ən böyük və ən sirli bataqlıq isə Rusiyada yerləşir.  Bu yer Saxa-Yakutiya Respublikası ilə birlikdə dünyada ən az tədqiq edilən ərazidir.

55 min kvadratkilometr keçilməz bataqlıqları təsəvvür edin. Elm adamları burada genişmiqyaslı tədqiqatlara başlamaq istəsələr də, lakin bataqlıq bunun qarşısını hər şəkildə alır və hər cür həşərat və ağcaqanadlar onlara mane olur.

Bu yerlərin qışda daha rahat olduğunu düşünürsünüzsə, yanılırsınız. Qışda orta temperatur -35 dərəcədir. Belə şəraitdə heç bir geoloq geoloji tədqiqat aparmağa cürət edə bilməz. Baxmayaraq ki, bataqlıqların mikroiqlimi temperatur dəyişikliklərini yumşaldır.

Vasyugan bataqlığının ətrafında əsl keçilməz Tayqa var. Bu bataqlıqlar olduqca gəncdir, onların yaşı 10 min ildən çox deyil. Buradakı iqlim çox rütubətlidir, bataqlıqların böyüməsi üçün əlverişlidir. Planetin ən sürətlə böyüyən səhrası - ildə 10 kvadratkilometr böyüyən Sahara kimi Vasyuqan bataqlığı da eyni sürətlə böyüyür. Bir zamanlar bu yerlərdə yerləşən göl və ya göllər qrupu sürətlə böyüyərək bataqlıq əmələ gətirməyə başladı. İndi onun özünəməxsus və unikal ekosistemi var.

Çoxları bu bataqlıqların dərinliyi ilə maraqlanır. Rəsmi olaraq 10 metrdən çox deyil. Ancaq bunlar sadəcə torf yataqlarıdır. Əslində, dərinliyi dəqiq ölçülmədiyinə görə fərziyyələr müxtəlif ola bilər.

Belə bir qəribə yerdə möhtəşəm flora və fauna var. Çoxsaylı heyvanlar burada öz yuvalarını qurub və yerli vəziyyət onları insanlardan qoruyur. Vasyuqan bataqlıqları ən nadir otları ilə əczaçılar üçün də cənnətdir.

Əslində bataqlıqlar gözəl olmur, lakin Vasyuqan bəlkə də istisnadır. Burada çaylar və göllər də daxil olmaqla minlərlə su anbarı var və rənglərin zənginliyi insanı heyrətləndirir.

Vasyuqan bataqlıqları planetimizin əsas filtridir. Burada inanılmaz miqdarda karbon qazı udulur ki, bu da eyni miqdarda təmiz oksigenlə əvəz olunur.

Bu yerlərdə hər tərəfdə qədim insan izləri də var ki, bu da iqlim fərqini bir daha göstərir.

Nubar Süleymanova, “İki sahil”