21 iyun 2024 00:22
274

Rusiya Ukraynanın itkilərini açıqladı - 848-ci gün

Rusiya müharibənin 848-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 613 təyyarəsi, 276 helikopteri, 26 008 PUA-sı, 531 zenit-raket kompleksi, 16 385 tank və digər zirehli texnikası, 1 346 reaktiv yaylım atəş sistemi, 10 665 artilleriya və minaatanı, 22 726 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.