21 iyun 2024 09:05
263

AVRO-2024 üç oyunla davam edəcək

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

“İki sahil” xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.

Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.

D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.

Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.

AVRO-2024

21 iyun

II tur

E qrupu

17:00. Slovakiya - Ukrayna

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena".

D qrupu

20:00. Polşa - Avstriya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Berlin Olimpiya Stadionu.

23:00. Niderland - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə).

Leyptsiq, "Red Bull Arena".