27 iyun 2024 15:34
162

Türkiyə Mərkəzi Bankından VACİB QƏRAR

Türkiyə Mərkəzi Bankı ardıcıl üçüncü dəfə əsas uçot dərəcəsini 50% səviyyəsində saxlamağa qərar verib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

“Türkiyənin Pul Siyasəti Şurası faiz dərəcəsini 50% səviyyəsində saxlamağa qərar verib”, - deyə məlumatda bildirilir.

Mart ayında Türkiyənin pul siyasəti komitəsi uçot dərəcəsini 45%-dən 50%-ə qaldırıb.