01 iyul 2024 01:40
147

Şimali Koreya Şərq dənizinə ballistik raket atıb

Şimali Koreya Şərq (Yapon) dənizi istiqamətində naməlum ballistik raket atıb.

“İki sahil” “The Yeruselim Post”a istinadla xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb, lakin təhlilin aparıldığını bildirərək əlavə məlumat verməyiblər.

Bildirilib ki, Cənubi Koreya ordusu bir həftə ərzində ikinci buraxılışını qeyd alıb.

Məlumata görə, son buraxılış çərşənbə günü Şimalın Şərq dənizinə doğru ballistik raket atmasından sonra baş verib.

Qeyd edək ki, Pxenyan çoxlu döyüş başlıqlı raket sınağını uğurla həyata keçirdiyini iddia halda, Seul raketin havada partlaması nəticəsində buraxılışın uğursuzluqla başa çatdığını iddia edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”