Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, dünyada mənəvi, əxlaqi aşınma getməkdədir: “Azərbaycanda bu məsələ hər zaman diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan gənci ən yüksək mənəvi, əxlaqi dəyərlərə sahibdir. Biz ölkəmizdə bu müsbət tendensiyanı qorumalıyıq. Qloballaşma dönülməz xarakter alıb. İnformasiya texnologiyaları öz inkişafının ən yüksək mərhələsinə çatıb. Bizim ayrıca strategiyamız olmalıdır. Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır”.
Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib - FOTO
Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib