28 iyun 2024 14:24
191

"Sabah" klubunun Konfrans Liqasındakı rəqibi yoxlama matçı keçirib

"Sabah" klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılşacağı "Makkabi" (Hayfa) hazırlıq çərçivəsində ilk yoxlama matçını keçirib.

“İki sahil” xəbər verir ki, komanda İsrailin digər klubu "Makkabi" (Petah-Tikva) ilə qarşılaşıb.

Görüş "Sabah"ın rəqibinin məğlubiyyəti ilə bitib - 1:3.

Qeyd edək ki, "Sabah" "Makkabi" ilə ilk görüşünü iyulun 25-də, səfərdə cavab matçını isə avqustun 1-də Bakıda keçirəcək.