30 iyun 2024 22:27
149

Həndbol üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub.

Azərbaycan Həndbol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, oğlanlar arasında "Bakı-1" komandası yarışın qalibi adını qazanıb.

İlk üçlüyü "Bakı-2" və "Mingəçevir" komandaları qapayıblar.

Qızlar arasında isə "Bakı-2", "Bakı-1" və "Bakı-3" kollektivləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.