28 iyun 2024 16:40
191

Alleqri Serbiya millisinin baş məşqçi postuna namizəddir

İtaliyanın "Milan" və "Yuventus" klublarının sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinin "sükanı arxasına" keçməyə namizəddir.

“İki sahil” xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb.

Serbiya millisinin baş məşqçi postuna namizədlər siyahısında italiyalı mütəxəssislər Stefano Pyoli və Mauritsio Sarri, həmçinin almaniyalı Yurgen Klopp da var.

Qeyd edək ki, Draqan Stoykoviçin rəhbərlik etdiyi Serbiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu yeri tutaraq mübarizəni dayandırıb.