29 iyun 2024 19:55
162

ABC: Debatdan sonra Demokrat Partiyasının ofisləri qəzəbli zənglər alıb

ABŞ prezidenti Co Baydenin Donald Trampla debatdakı çıxışı Demokrat Partiyasının tərəfdarlarını narahat edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, partiya ofislərinə qəzəbli zənglər daxil olur.

Bir çoxları Baydeni daha gənc, daha təcrübəli və daha bacarıqlı başqa bir namizədlə əvəz etməkdən danışır.

Eyni zamanda, Demokrat Partiyasının strateqlərindən biri qeyd edib ki, prezidentin komandası çətin ki, səhvi etiraf etsin.

“İki sahil”in məlumatına görə, Baydenin seçki kampaniyanın sözçüsü Maykl Tayler debatda uduzan Baydenin başqa namizədlə əvəzlənməyəcəyini deyib: “Belə bir ehtimal yoxdur. Ölkəni hara aparmaq istədiyini pis təsəvvür edən namizəddənsə, bir pis gecə keçirməyi üstün tuturuq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”