30 iyun 2024 14:25
316

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib - YENİLƏNİB

Bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda 2025 tələbənin iştirakı gözlənilirdi.

İmtahanların idarəolunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

***

İyunun 30-da “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir.

Dövlət İmtahan Mərkəzindən “İki sahil”ə bildirilib ki, imtahanda 2025 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İmtahan verəcək şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.

Bu imtahanın idarə olunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.