02 iyul 2024 08:37
133

Bakıda 32 yaşlı kişi yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, yol qəzası nəticəsində 32 yaşlı Quliyev Elyar Adil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.