03 iyul 2024 12:54
148

Son bir ayda 1 200-dən artıq şəxs peşə hazırlığına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda 1239 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 738 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Muxtar Respublikasında, 501 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının sonunda kursu uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.

Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.