04 iyul 2024 10:33
178

PSJ-dən ayrılan Mbappenin yeni klubu müəyyənləşib

Mövsümlərarası fasilədə PSJ klubunu Madrid "Real"ına dəyişən Kilian Mbappenin qardaşı Etan da Paris təmsilçisindən ayrılıb.

"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu digər Fransa təmsilçisi “Lill”lə anlaşıb.

PSJ ilə müqavilə müddəti başa çatan 17 yaşlı futbolçunun transferi “Lill” klubuna pulsuz başa gələcək.

E.Mbappe sosial şəbəkə səhifələrində vida mesajı da yayımlayıb.

Qeyd edək ki, PSJ-nin yetiməsi olan mərkəz yarımmüdafiəçisi 10 yaşında klubun akademiyasına qəbul olunub.