04 iyul 2024 23:50
198

Türkiyənin bir hərbçisi şəhid olub

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda separatçı terror təşkilatı üzvləri ilə qarşıdurmada mütəxəssis çavuş Cebrail Acarın şəhid olduğu, 2 terrorçunun zərərsizləşdirildiyi bildirilib.