05 iyul 2024 00:00
193

Rusiyanın daha bir regionunda niqab qadağan olunub

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında niqab geyinmək qadağan edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qaraçay-Çərkəz Müftiliyi qərar qəbul edib.

Qaraçay-Çərkəz Respublikasının müftisi və Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev bildirib ki, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi Rusiyada müasir şəraitdə niqab taxmağı müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni fətvaya qədər qadağan olunmuş hesab edir.

Qeyd edək ki, bundan əvvəl Dağıstanda niqab qadağan olunub. (APA)